Bakı. Trend:
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləritədbirlərlə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən,əvvəllər də narkotik və oğurluq cinayətlərinə görə məhkum edilmiş1971-ci il təvəllüdlü İlham Əlixanov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regionalqrupundan Trend-əverilən məlumata görə, ondan bir ədəd “Kalaşnikov” avtomatı vədaraq aşkarlanıb. Saxlanılan şəxs odlu silahı satmaq məqsədiləpaytaxtdan Şamaxıya gətirdiyini bildirib.
İ.Əlixanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiriseçilib, araşdırmalar davam etdirilir.