EN

Husilər Hayfada İsrail gəmilərinə qarşı əməliyyat keçirib

Yəmənin “Ənsar Allah” qiyamçı hərəkatından olan husilər “İraq İslami Müqaviməti” ilə birlikdə İsrailin Hayfa limanında dörd ticarət gəmisinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Səriya “Al Masirah” telekanalında məlumat verib.

Onun sözlərinə görə, iki sement tankeri və iki yük daşıyıcısı vurulub, onların sahibləri işğal olunmuş Fələstinin limanlarına keçid qadağasını pozub. Səriya həmçinin bildirib ki, Hayfaya gedən Shorthorn Express mal-qara daşıyıcısı Aralıq dənizində PUA ilə hücuma məruz qalıb.

İyunun 22-də axşam saatlarında Yəhya Səriya bildirib ki, üsyançı “Ənsar Allah” hərəkatının üzvləri Qırmızı dənizdə ABŞ-ın “Dwight Eisenhower” aviadaşıyıcısına raket zərbələri endiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
nocomment.az

1Sources