Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub.
TEMPİNFO xəbər verir ki, günün son matçı Kölndə keçirilib.
Çempionata gözlənilməz məğlubiyyətlə başlayan Belçika Rumıniya ilə üz-üzə gəlib. “Qırmızı iblislər” ilk turdakı uğursuzluğun təsadüfi olduğunu sübuta yetiriblər. Onlar rumınların qapısından 2 cavbsız top keçiriblər.
Qeyd edək ki, qrupda III turun görüşləri iyunun 26-da keçiriləcək.
AVRO-2024Qrup mərhələsi, II tur22 iyun, E qrupu23:00. Belçika – Rumıniya – 2:0Qollar: Yuri Tilemans, 2. Kevin De Bruyne, 80
Baş hakim: Şimon Marçinyak (Polşa) Köln Ştadium
TEMPİNFO