EN

AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub - Yenilənib

Bu gün AVRO-2024-ün qrup mərhələsində  E və F qruplarında ümumilikdə üç qarşılaşma keçirilib. 

90deqiqe.Az xəbər verir ki, ilk olaraq, F qrupunda Gürcüstan və Çexiya yığmaları üz-üzə gəlib. Bu oyun Bakı vaxtı ilə saat 17:00-da Hamburqda, "Volksparkstadion"da baş tutub. Oyunun baş hakimi almaniyalı Daniel Siebert olub. 

Günün diqqət çəkən digər oyunu isə Türkiyə milli komandasının iştirakı ilə olub.Vinçenzo Montellanın rəhbərlik etdiyi Türkiyə yığması Portuqaliya ilə qarşılaşıb. Bu oyun Bakı vaxtı ilə saat 20:00-da Dortmundda, "Signal Iduna Park"da keçirilib və almaniyalı baş hakim Felix Zwayer tərəfindən idarə olunub. İlk turda F qrupunda Portuqaliya Çexiyanı, Türkiyə isə Gürcüstanı məğlub edib.

E qrupunda isə günün son qarşılaşması Belçika və Rumıniya yığmaları arasında baş tutub. Bu görüş Bakı vaxtı ilə saat 23:00-da Kölndə, "RheinEnergieStadion"da start götürüb və polşalı baş hakim Szymon Marciniak tərəfindən idarə olunub. Bu matç Belçika üçün çempionatda gözlənilməz məğlubiyyətin ardından vacib idi, Rumıniya isə qələbə ilə 1/8 finala vəsiqə qazanmaq üçün mübarizə aparırdı. 

Qeyd edək ki, qrup mərhələsinin üçüncü turunun oyunları iyunun 26-da keçiriləcək.

Gürcüstan - Çexiya - 1:1

Qollar: Mukautadze, 45+4-pen. (1:0), Şik, 59 (1:1)

Türkiyə - Portuqaliya - 0:3 

Qollar:Bernardu Silva, 22, Samet Akaydın, 28-avtoqol, Brunu Fernandeş, 56

Belçika - Rumıniya - 2:0 

Qollar: Tielmans, 2, De Brüyne, 80 

Chosen
95
1
90deqiqe.az

2Sources