London, 23 iyun, AZƏRTAC
Fələstin tərəfdarı qrupun fəalları Kembric Universitetindəki Senat Evinin binasına qırmızı boya töküblər.
AZƏRTAC xəbər verir ki, qrup universiteti Fələstinə hücumlara şərait yaradan ortaqlıqlara sərmayə qoymaqda ittiham edib. Etiraz, gələn həftə binada keçiriləcək buraxılış mərasimi ərəfəsində keçirilib.
Kembric Universitetindən verilən rəsmi açıqlamada bu vandalizm aktı qətiyyətlə pislənib.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London