EN

AVRO-2024: A qrupundan növbəti mərhələyə kim yüksələcək? - AFİŞA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AVRO-2024-ün qrup mərhələsində üçüncü tur oyunlarına bu gün İsveçrə - Almaniya, Şotlandiya -Macarıstan millilərinin görüşü ilə start veriləcək.
Oxu.Az xəbər verir ki, 1/8 final mərhələsinə vəsiqəni təmin edən Almaniya millisi İsveçrə ilə görüşdə qalib gələrək liderlik postunu qorumağa çalışacaq. İsveçrə isə qələbə qazanaraq Almaniya seçməsini taxtdan endirmək niyyətindədir.
Şotlandiya da qalib gələrək növbəti mərhələyə adlamaq istəyir. Hazırda xalsız olan Macarıstan millisi isə azarkeşlərini sevindirmək niyyətindədir. Macarıstanlılar Şotlandiyaya məğlub olacaqları təqdirdə isə AVRO-2024-lə vidalaşmaq məcburiyyətində qalacaqlar. Əgər əksi baş versə, yəni Şotlandiya məğlub olarsa, nominal ev sahibləri turnirlə vidalaşacaqlar.
23 iyun
A qrupu
İsveçrə - Almaniya
Saat 23:00, "Deutsche Bank Park"
Şotlandiya - Macarıstan
Saat 23:00, "Stuttgart Arena"
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
43
oxu.az

10Sources