EN

Belçika Rumıniyanı 2:0 hesabı ilə məğlub edərək ilk qələbəsini qazanıb

Futbol üzrə 2024-cü il Avropa çempionatının (AVRO-2024) E qrupunun 2-ci oyununda Belçika Rumıniyanı 2:0 hesabı ilə məğlub edərək ilk qələbəsini qazanıb.
 

Doğru.az xəbər verir ki, Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının ikinci həftəsində Kölndəki Köln stadionunda E qrupunda Belçika və Rumıniya milliləri üz-üzə gəlib.

Polşalı hakim Şimon Marçiniakın fit çalması ilə Belçika matça sürətlə başladı və 2-ci dəqiqədə Romelu Lukakunun ötürməsindən topu qəbul edən Youri Tielemansın qolu ilə 1-0 önə keçdi. Bu qol həm də ilk hissənin hesabı olub. Lukakunun 63-cü dəqiqədə vurduğu qol oyundankənar vəziyyət səbəbindən ləğv edilib. 80-ci dəqiqədə qapıçı ilə qarşılaşan Kevin de Bruyne topu tora göndərərək fərqi 2-yə çatdırıb. Sonrakı dəqiqələrdə başqa qol olmadığından Belçika meydandan 2-0 qalib ayrılıb. Bu nəticə ilə E qrupunun bütün komandaları xallarını 3-ə çatdırıb.

Digər tərəfdən, “Trabzonspor”un heyətinə qatılan rumıniyalı hücumçu Denis Draquş 81-ci dəqiqədə Denis Alibeclə əvəzlənib.

AVRO-2024-ün sabahkı təqvimi belədir:

A qrupu

22.00 Şotlandiya – Macarıstan

22.00 İsveçrə – Almaniya – İSTANBUL

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
57
dogru.az

1Sources