EN

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı. Trend:

Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarına yekunvurulub.

Trend İdman.biz-əistinadən xəbər verir ki, Azərbaycan boksçularından Seyid Seyidov(86 kiloqram) gümüş, Nəbi İsgəndərov (67 kiloqram), MirşərifKazımzadə (75 kiloqram), Tural Sarıyev (92 kiloqram) və VətənHüseynli (92 kiloqram) bürünc medala layiq görülüblər.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycankomandası ikinci, şpaqa üzrə qızlardan ibarət yığma isə üçüncü yeritutub.

Cüdoçulardan Musa Huseynli (90 kiloqram) və Camal Feyziyev (+100kiloqram) bürünc mükafatın sahibi olublar.

İdmançılarımız multiidman yarışını ümumilikdə 34 medalla başavurublar. Onlardan 4-ü qızıl, 9-u gümüş, 21-i isə bürüncdür. Bunəticə ilə Azərbaycan Oyunlarda medal qazanan 32 ölkə arasında 7-ciyeri tutub.

Chosen
121
8
az.trend.az

8Sources