Millimizin kapitanı Emin Mahmudov tarixi rekordu təkrarlayıb.
Sportinfo.az xəbər verir ki, "Neftçi"nin yarımmüdafiəçisi buna Qazaxıstanla bu dəqiqələrdə keçirilən yoldaşlıq görüşündə qol vurmaqla nail olub.
O, görüşün 50-ci dəqiqəsində penaltidən fərqlənməklə yığmanın sabiq üzvü Qurban Qurbanova məxsus 20 illik qol rekordunu təkrarlayıb.
Qurbanov 2004-cü ilin iyunun 6-da Latviya ilə yoldaşlıq görüşündə fərqlənərək millidəki 14-cü və sonuncu qolunu vurmuşdu.
Bununla o, komanda tarixinin ən məhsuldar futbolçuları siyahısında başçılıq edirdi. 20 il sonra Mahmudov ona məxsus rekordu təkrarlayıb.