Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının E qrupundakı Belçika - Rumıniya oyununda hesab açılıb.
"Report"un məlumatına görə, belçikalı yarımmüdafiəçi Yuri Tilemans 2-ci dəqiqədə fərqlənib.
***
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində II turun sonuncu matçı başlayıb.
"Report"un məlumatına görə, E qrupundakı Belçika - Rumıniya oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürüb.
Qarşılaşmanı polşalı Şimon Marçinyak idarə edir.
Qeyd edək ki, Rumıniya ilk görüşdə Ukraynanı üç cavabsız qolla üstələyib. Belçika isə Slovakiyaya minumal hesabla uduzub - 0:1.
AVRO-2024 iyulun 14-də başa çatacaq.
"Cebhe.info"