Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II turun Türkiyə - Portuqaliya matçında meydana azarkeş girib.
Hadisə 82-ci dəqiqədə baş verib.
Azyaşlı fanat ulduz hücumçu Kriştianu Ronalduya tərəf qaçıb və onunla şəkil çəkdirib. Onun stadiondan çıxarılmasından sonra qarşılaşma davam etdirilib.
Qeyd edək ki, Portuqaliya komandası hazırda 3:0 hesabı ilə öndədir.