Hindistanın Assam əyalətində yağan yağışların səbəb olduğu daşqınlar nəticəsində 27 nəfər həyatını itirib, təxminən 171 min insan isə didərgin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, daşqınlar təxminən 390 min insanın həyatına mənfi təsir göstərib. Assam əyalətinin rəsmiləri qeyd ediblər ki, 17 bölgədə 245 müvəqqəti yardım düşərgəsi yaradılıb. Rəsmilər bildiriblər ki, 171 minə yaxın köçkündən 15 min 160-ı müvəqqəti yardım düşərgələrinə yerləşdirilib.