Almaniyada keçirilən Avropa çempionatında qrup mərhələsinin oyunları keçirilir.
İqtisadiyyat.az xəbər verir ki, F qrupunun 2-ci turu çərçivəsində Türkiyə və Portuqaliya milliləri üz-üzə gəliblər.
Portuqaliya millisi 0-3 hesablı qələbə qazanaraq növbəti mərhələyə yüksəlib.
AÇ-2024
Qrup mərhələsi, II tur
22 iyun
F qrupu
20:00 Türkiyə – Portuqaliya 0:3
Qol: Bernardo Silva, 21, Samet Akaydın, 28 (avtoqol), Bruno Fernandeş, 56