İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 aya yaxın davam edən etiraz aksiyalarının təşkilatçılığına görə edam cəzasına məhkum edilən iranlı rep ifaçısı Tumac Salihi haqqında verilən edam hökmü Ali Məhkəmə tərəfindən ləğv edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, İranlı rep ifaçısı Tumac Salihinin vəkili Əmir Rəisiyan X sosial media hesabında paylaşdığı açıqlamada müvəkkilinə İsfahan İnqilab Məhkəməsinin verdiyi edam hökmünün Ali Apellyasiya Məhkəməsinin 39-cu Palatası tərəfindən ləğv edildiyini bildirib.
İşə yenidən baxılacağını bildirən Reisiyan, "Gözlənildiyi kimi, Ali Məhkəmə düzəlməz bir məhkəmə səhvindən qaçdı",- deyə qeyd edib.
Xatırladaq ki, İranda 2022-ci ilin sentyabrında başlayan və təxminən 4 ay davam edən nümayişləri təşkil etməkdə günahlandırılan iranlı rep müğənnisi Salihi edam cəzasına məhkum edilsə də, daha sonra Ali Məhkəmə onun cəzasını həbslə əvəzləyib.