İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirən fələstinlilərin sayı 37 min 551 olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrail ordusunun son 48 saatda Qəzzanın müxtəlif bölgələrində 6 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 120 fələstinlinin həyatını itirdiyi, 258 nəfərin yaralandığı açıqlanıb. Yaralı sayının isə ümumilikdə 85 min 911-ə yüksəldiyi bildirilib.
Açıqlamada dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi də bildirilib.