Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldo 2024-cü il Avropa Futbol Çempionatında növbəti rekorda imza atıb.
Publika.az xəbər verir ki, bu barədə "Sport24" məlumat yayıb.
Forvardın komandası qrup mərhələsinin 2-ci tur matçında Türkiyə millisi ilə qarşılaşıb. Bu oyun onun qitə çempionatlarında ardıcıl 19-cu oyunu olub. Portuqaliyalı italiyalı Leandro Bonuççinin 18 matçlıq rekordunu geridə qoymağı bacarıb.
Bundan əvvəl Ronaldo Avropa çempionatında iştirak sayına görə rekorda imza atmışdı. Bu turnir onun karyerasında altıncı olub.