EN

Premyer Liqa ilə vidalaşan klub ciddi işlərə start verdi – VİDEO

Premyer Liqanı I Liqaya dəyişən “Qəbələ” növbəti mövsümdə rəqiblərini ideal qazonda qəbul edəcək.

Mövsüm başa çatar-çatmaz stadionun əsas meydanında yenilənmə işlərinə start verilib.

Şübhəsiz, AFFA tərəfindən ayrılmış 700 min manatlıq maddi yardım bu yerdə özünü göstərib. Klub rəhbərliyi qazonu qorumaq üçün onu söküb yenidən qurmağı qərara alıb ki, bu iş tanınmış mütəxəssisə həvalə olunub.

Vaxtilə Qəbələdə meydançaların salınmasında böyük xidmətləri olmuş Filip Şarples yenidən dəvət olunub. Məhz onun nəzarəti altında yenilənmə prosesinə start verilib.

Örtüyün avqusta qədər tam hazır olacağı bildirilir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
sportinfo.az

1Sources