EN

Naxçıvanda ingilis dili müəllimlərinin sertifikatlaşdırılması üzrə imtahan keçirilib

Ümumölkə üzrə ümumi təhsil müəssisələrində ingilis dili tədris edən müəllimlər üçün sertifikatlaşdırılması prosesinin test imtahanı keçirilib.

Bizim.Media xəbər verir ki, Naxçıvanda da mərkəzləşmiş qaydada təşkil edilən sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərində ingilis dilini tədris edən 84 müəllim iştirak edib.

Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Hər düzgün cavab 1 balla qiymətləndirilib.

Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilib və imtahan başa çatdıqdan dərhal sonra namizədə elan edilib.

Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanıb.

Qeyd edək ki, muxtar respublikanın ümumitəhsil məktəblərindən sertifikatlaşdırma prosesində yüksək nəticə əldə ediblər. Belə ki imtahanda iştirak edən 84 müəllimdən 56-sı 51 bal və daha yüksək (66,6 faiz) nəticə göstərib.

İmtahanda Babək rayon Arazkənd ümumi orta məktəbinin müəllimi maksimum nəticə (60 bal) toplayıb.

Qeyd edÉ™k ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkiÅŸafına dair 2023-2027-ci illÉ™r üçün DövlÉ™t Proqramı”na uyÄŸun olaraq bu il ilk dÉ™fÉ™ muxtar respublikanın ümumtÉ™hsil mÉ™ktÉ™blÉ™rindÉ™ riyaziyyat vÉ™ xarici dil (ingilis dili, rus dili, AzÉ™rbaycan dili (rus bölmÉ™si), rus dili vÉ™ É™dÉ™biyyatı, alman dili, fransız dili vÉ™ s.) fÉ™nlÉ™rini tÉ™dris edÉ™n tÉ™hsilverÉ™nlÉ™r, eyni zamanda ibtidai sinif, AzÉ™rbaycan dili vÉ™ É™dÉ™biyyat müəllimlÉ™ri iÅŸtirak edÉ™cÉ™klÉ™r.

Nazirlər Kabinetinin 18 avqust 2022-ci il tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Bizim.Media

 

Chosen
79
5
bizim.media

3Sources