EN

Ağsu dolaylarında 1,6 ton çətənə kolu MƏHV EDİLDİ

Ağsu dolaylarında yabanı halda bitən 1,6 ton çətənə kolu məhv edilib.

Bizim.Media xəbər verir ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş - 2024" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağsu dolaylarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi 1 ton 650 kiloqram olan 3127 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Bizim.Media

Chosen
88
8
bizim.media

8Sources