EN

“Qurani-Kərimi” təhqir etməkdə ittiham olunan turist YANDIRILDI - FOTO

Pakistanda bir turist “Qurani-Kərim”ə hörmətsizlik etdiyi səbəbiylə bir qrup tərəfindən yandırılaraq öldürülüb.

 

Sfera.az bildirir ki, Svat Vadisinin turizm bölgəsində bir əcnəbi “Quran”ı yandıraraq təhqir etmə ittihamı ilə polis tərəfindən saxlanılıb. Polis bölməsinə aparılan turist buraya basqın edən qəzəbli kütlə tərəfindən qaçırılaraq yandırılıb.

 

Polis mənbələri bildiriblər ki, onlar dünən gecə həmin şəxsi linç etmək cəhdindən xilas etsələr də, daha sonra camaat polis idarəsinə yenidən basqın edərək kişini döyüb. Daha sonra şəxsin üzərinə yağ tökülərək diri-diri yandırıldığı bildirilib. Gərginliyi azaltmaq üçün əraziyə təhlükəsizlik qrupları göndərilib.

 

Qeyd edək ki, əhalisinin əksəriyyətini müsəlmanların təşkil edən Pakistanda İslamı və dini dəyərləri təhqir etmək çox həssas məsələdir. Bu, bəzən ölüm hökmü ilə nəticələnə bilər. May ayında Sarqodha bölgəsində bir xristian “Quran”ı yandırdığı üçün izdiham tərəfindən linç edilmişdi. Həmin bölgədə 2023-cü ilin fevralında bir müsəlman müqəddəs kitaba hörmətsizlik etdiyi üçün döyülərək öldürülüb.

 

 

Aynil

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
sfera.az

1Sources