«Səbail»dən ayrılan Səlahət Ağayev daha bir dəvət alıb.
«Neftçi»yə qayıtması gündəmə gələn qapıçıya bu dəfə «Turan Tovuz» elçi düşüb.
Qərb təmsilçisi millinin kiperinə 1 illik kontrakt təklif eləyib.
«Turan Tovuz»un yeni baş məşqçisi Kurban Berdiyevin birinci seçimi Sergey Samok olub.
Son mövsümü KAMAZ-da keçirən «əlcək sahibi» Rusiyanın birinci liqa təmsilçisində özünü göstərmək üçün çox şans əldə etməyib. 2001-ci il təvəllüdlü «əlcək sahibi» əsasən ehtiyatda qalıb.
«Turan» bu yayın əvvəlində 3 qapıçısını itirib. Kamal Bayramov «Şamaxı»nın yolunu tutubsa, Aydın Bayramov «Zirə», Tərlan Əhmədli «Araz-Naxçıvan»la anlaşıb.
SPORTİNFO.AZ