EN

Bağda yıxılaraq xəsarət aldı, Paris Olimpiadasını buraxacaq

İkiqat olimpiya çempionu, britaniyalı velosipedçi Keti Arçibald Paris Olimpiadasını buraxacaq.

Futbolinfo.az xəbər verir ki, bunun da səbəbi onun bağda yıxılaraq zədələnməsidir.

“Bağçada pilləkəndə bir addım atdım və topuğum burxuldu. Nəticədə ayağımdakı iki bağ qırıldı. Sümükləri yerinə otuzdurmaq və bağları bərpa etmək üçün əməliyyat olundum.
“Manchester Royal Infirmary”dəki gözəl həkimlərə, tibb bacılarına, rentgenoloqlara, fizioterapevtlərə, cərrahlara və bir çox başqalarına təşəkkür edirəm. Bunun olimpiya komandası üçün nə demək olduğuna görə yüzlərlə üzr istəyirəm.
Ola bilsin bir müddət sosial şəbəkələrdən uzaq olacağam. Hələlik, ciao”, – deyə Arçibald sosial şəbəkələrdə yazıb.

30 yaşlı idmançı trek yarışlarında ikiqat Olimpiya çempionudur. 2016-cı ildə Rio-de-Janeyroda komanda təqib yarışında qızıl, 2021-ci ildə Tokioda dözümlülük yarışında birinci olub. Bundan əlavə, o, beşqat dünya və 20 qat Avropa çempionudur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
futbolinfo.az

1Sources