Bakı. Trend:
Azərbaycan millisinin qapıçısı Şahruddin MəhəmmədəliyevTürkiyənin “Adana Dəmirspor” komandasından ayrılıb.
Trend türk KİV-lərinəistinadən xəbər verir ki, 30 yaşlı qolkiper Superliqa təmsilçisiilə müqaviləsini birtərəfli olaraq pozub.
Ötən ilin yayında “Qarabağ”dan Adana təmsilçisinə keçənŞ.Məhəmmədəliyev bu komandanın heyətində 25 matçda 40 qolburaxıb.
O, 5 görüşdə isə qapısını toxunulmaz saxlayıb.