EN

Həkim "vampir xəstəliyinin" özünü necə göstərdiyini izah etdi

"Vampir xəstəliyi" porfiriya adlanır. Hemoqlobinin əsas komponentinin sintezinin pozulması ilə əlaqəli nadir genetik xəstəlikdir.


Aztibb.az xəbər verir ki, bu barədə terapevt Yevgeni Tarasov "Veçernaya Moskva"ya müsahibəsində bildirib.


Onun sözlərinə görə, porfiriyanın ən xarakterik təzahürü xəstənin dərisinin ultrabənövşəyi radiasiya ilə zədələnməyə meylli olmasıdır.


“Porfiriyalı insanlar günəşə məruz qaldıqda dəri yanıqları alırlar. Qulaqların və burnun qığırdaqları da zədələnir, barmaqlar əyilir, ağız ətrafındakı dəri kobudlaşır, uzanır və dişlər formasını dəyişir, buna görə də porfiriya “vampir xəstəliyi” adlanır.


O bildirib ki, xəstəlik halsızlıq, xroniki yorğunluq, yuxusuzluq, qarın ağrısı və psixi pozğunluqlar kimi də özünü göstərə bilər.


Porfiriyanın müalicəsi simptomların azaldılmasına və fəsadların qarşısının alınmasına yönəlib. Bu vəziyyətdə ultrabənövşəyi radiasiyadan qorunma böyük əhəmiyyət kəsb edir.


Terapevt porfiriyalı xəstələr üçün sağlam həyat tərzinin saxlanmasının, xüsusi pəhrizə riayət edilməsinin və xəstəliyin kəskinləşməsinə səbəb ola biləcək spirt istehlakının məhdudlaşdırılmasının vacibliyini vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
aztibb.az

1Sources