EN

Zəngəzurda fəallıq artır - Rusların bölgədəki adamı hərəkətə keçdi

Zəngəzurda Rusiya konsulluğunun açılması ilə bağlı aktiv işlər gedir. Bölgədə bu işdə ruslara yardım edən əsas fiqur Qafan şəhərinin meri Gevorq Parsyandır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Nəşr bildirir ki, Parsyanın Ermənistan hakimiyyəti ilə münasibətləri yenidən soyuq dövrə qədəm qoyub:

“Məlumata görə, Parsyanın Rusiyanın Ermənistandakı səfiri ilə isti münasibətləri var, tez-tez onunla görüşür və ilin sonuna kimi Moskvanın Qafanda konsulluğunun açılması üçün fəal səy göstərir.

Xarici İşlər Nazirliyi merə bir neçə dəfə xəbərdarlıq edib ki, addımları və xarici səfərlərini onlarla əlaqələndirsin. Amma Parsyan cavab verib ki, bu barədə məlumat verməyi zəruri hesab etmir. Parsyan bu yaxınlarda hökumətə xəbər vermədən hansısa sərgidə iştirak etmək üçün İrana gedib və bu, mübahisəyə səbəb olub. Hətta ötən həftə Qafana səfəri zamanı Parsyan Baş nazir Nikol Paşinyanla da görüşməyib.

Artıq Parsyanın adı qardaşı və həyat yoldaşının barəsində açılan cinayət işinə qarışıb. Parsyanın özbaşına addımları hakimiyyəti qıcıqlandırır. Hüquq-mühafizə orqanları artıq onunla məşğul olmağa başlayıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
3
teleqraf.com

10Sources