İran sanksiyalardan yayınaraq iki təyyarəni Litvadan çıxarıb.
Musavat.com xəbər veirr ki, bu barədə "Aviation 24" məlumat yayıb.
Qeyd olunub ki, Şri-Lanka və Filippinə uçması planlaşdırılan Qambiyanın lizinq şirkəti "Macka Invest Company"a məxsus iki "Airbus A340" təyyarəsi İrana eniş edib.
Manevr İranın “Mahan Air” aviasiya şirkətinə ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sanksiyalarını pozaraq təyyarələri geri qaytarmağa icazə verib.
Musavat.com