EN

Gürcüstan futbolunun əfsanəsi: Türkiyə millisi bizdən yaxşı oynadı və iki möhtəşəm qol vurdu

“Gürcüstan millisini bundan sonra qrupda çox çətin iki oyun gözləyir”.

“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Gürcüstan millisinin sabiq hücumçusu Şota Arveladze ölkəsinin Avropa çempionatındakı çıxışını şərh edərkən deyib.

Əfsanəvi futbolçu yığmaya inandığını bildirib: “Bu gün Çexiya ilə vacib oyunumuz var. Qrupdakı son iki matçdan mütləq 4 xalla ayrılmalıyıq. Bu gün qalib gəlib son turda isə Portuqaliya ilə heç-heçə etsək, qrupun digəri oyunundakı nəticədən də asılı olaraq, pley-offa çıxa bilərik. Böyük ehtimalla bu gün bütün suallara aydınlıq gələcək”.

Veteran forvard Gürcüstan yığmasının ilk matçda Türkiyə millisinə 1:3 hesabı ilə məğlub olduğu oyundan da söz açıb: “Türklər bizdən daha yaxşı mübarizə apardılar. Qapımıza vurulan ilk 2 qol isə həqiqətən möhtəşəm alındı. Məhz bunun sayəsində bizi məğlub etdilər”.

Qeyd edək ki, bu gün keçiriləcək Gürcüstan–Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Chosen
120
2
ikisahil.az

3Sources