EN

Roberto Martines Türkiyə yığmasında bu oyunçuları fərqləndirdi

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines AÇ-2024-ün qrup mərhələsi 2-ci turunda Türkiyə millisi ilə qarşıdakı oyundan danışıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Türkiyə millisi ilə oyun Çexiya yığması ilə oyundan fərqli olacaq. Onlar gənc istedad və təcrübənin inanılmaz vəhdətini təmsil edirlər. Arda Gülər və Kenan Yıldız gənc oyunçulardır, amma komandada mühüm rol oynayırlar və Hakan Çalhanoğlu kimi oyunçuların təcrübəsi ilə dəstəklənirlər. Onlar topla əla davranırlar və məşqçi onlar üçün çox güclü müdafiə quruluşu təsis edib.

Çexiya yığması ilə oyundan sonra özümüzə inamımız artdı, daha yaxşı hazırlaşdıq. İndi bilirik ki, bir qol buraxsaq belə, oyunu çevirə bilərik. İndi Türkiyə millisi ilə oynayacağıq, kimin başlanğıcda oynamasından, kimin isə ehtiyat oyunçular skamyasında başlamasından asılı olmayaraq, bütün oyunçular hazır olmalıdırlar.

Bu oyun bizim tərəqqimiz, komandada rəqabət və qrupdan vəsiqə imkanımız üçün çox vacibdir. İlk üç oyunda bütün güc-qüvvəmizi verəcəyik və görək nə olacaq.

Qrup mərhələsində asan oyunlar yoxdur. İlk dəqiqələrdən işə girişməliyik. Türkiyə millisi taraz bir komandadır. Onun, böyük təcrübəsi olan italyan məşqçisi var.

Montella çox təsirli komanda qurub, onu izləmək çox xoşdur. Amma biz Portuqaliya azarkeşləri naminə qələbə qazanmağa çalışacağıq”, deyə Roberto Martines vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun “F” qrupu çərçivəsində keçiriləcək Türkiyə – Portuqaliya oyunu bu gün, iyunun 22-də Dortmundun “Siqnal İduna Park” stadionunda baş tutacaq. Hakimin fiti oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

2-ci tur ərəfəsində “F” qrupunun yarış cədvəli belə mənzərə yaradır:

  1. Türkiyə – 3 xal
  2. Portuqaliya – 3 xal
  3. Çexiya – 0
  4. Gürcüstan – 0
Chosen
141
50
arena.az

10Sources