EN

"Səbail"in rəqiblərindən 2-si məlumdu

İyulun 5-də Türkiyə toplanışına yollanacaq "Səbai"lin 2 rəqibi bəlli olub. Sport24.az xəbər verir ki, "dənizçilər" ilk yoxlama görüşündə I Liqa təmsilçisi "Ərzurumspor"la qarşılaşacaq. Görüş iyulun 11-nə planlaşdırılıb. 
 
Paytaxt klubu 2 gün sonra, daha dəqiq desək, iyulun 13-də isə Superliqada mübarizə aparan "Hatayspor"la qarşılaşacaqlar. Daha bir qarşılaşma iyulun 16-a nəzərdə tutulsa da, rəqibin adına hələ aydınlıq gəlməyib. 
 
Qeyd edək ki, "Səbai"lin Türkiyə toplanışı iyulun 18-də yekunlaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
sport24.az

1Sources