EN

Haker qrupu Britaniyanın Milli Səhiyyə Xidmətinin serverlərini “sındırıb”

Haker

Bakı, 22 iyun, AZƏRTAC

“Qilin” adlı haker qrupu Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin serverlərini “sındıraraq” təxminən 300 milyon pasiyentin fayllarına girişi bloklayıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, hakerlər “Synnovis” kompaniyasının çoxlu sayda xəstəxanalara, o cümlədən dövlət səhiyyə obyektlərinə laboratoriya və diaqnostika xidmətləri göstərən IT sisteminə daxil olublar və 50 milyon dollar tələb edirlər.

İngiltərənin nüfuzlu “The Guardian” qəzeti yazır ki, haker hücumundan təsirlənən Milli Səhiyyə Xidmətinin xəstəxanaları qanköçürmə və orqan transplantasiyası da daxil olmaqla, təxminən 1600 təcili müayinə və əməliyyatı təxirə salmağa məcbur olub.

Bir gün əvvəl, iyunun 21-də məlum olub ki, “Synnovis” hakerlərin tələb etdiyi pulu ödəməkdən imtina edib. Bundan sonra "Qilin" haker qrupu xəstə məlumatlarının olduğu 104 faylı ictimaiyyətə açıqlayıb.

Kibercinayətkar qəsb halqasının Rusiya ilə əlaqəli olduğu güman edilir. Bu qrup bir neçə ildir ki, müxtəlif ölkələrdəki şirkət və təşkilatların məlumat bazalarını “sındıraraq” onları bloklayır, pul tələb edir. Bununla belə, “Qilin” əvvəllər öz hərəkətlərini siyasətlə əlaqələndirmirdi. İndi hakerlər Ukraynanı dəstəklədiyinə görə Böyük Britaniyadan qisas aldıqlarını bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
66
2
azertag.az

3Sources