EN

Türkiyədə sərnişinlərlə dolu hava balonu qayaların arasında qalıb

Türkiyənin Kapadokya bölgəsində göyərtəsində 22 sərnişinin olduğu isti hava balonu yerə düşüb və qayaların arasında qalıb. "Yeni Azərbaycan" “Star” qəzetinə istinadən  yazır ki, hadisəyə səbəb külək olub.

Nəşr yazır: “Kapadokiyada qarşıdan gələn külək səbəbindən 22 nəfərin olduğu isti hava balonu yerə düşüb və qayaların arasında ilişib qalıb”.

Bildirilir ki, bildiriş alındıqdan sonra eniş yerinə həkim, polis və yanğınsöndürən qrupları göndərilib. şarın göyərtəsində olan insanlar uğurla təxliyə edilib.

Havar Şəfiyeva

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

2Sources