EN

Türkiyə - Ukrayna münasibətlərində son günlərin "Ekumenik kilsəgərginliyi" nə deməkdir?...

Image

"İyunun 15- 16- da Cenevrədə keçirilmiş Ukrayna qlobal sülh konfransında yaranmış bu gərginliklə bağlı fb dostlarmdan biri mesencerə yazaraq məndən izah istədi. Məmuniyyətlə edirəm. Bildiklərimi bölüşürəm. Necə deyərlər, "varını verən utanmaz"..
Beləliklə, Ukrayna üzrə Cenevrə konfransının təşkilatçısı olan Zelenski Rum ( Yunan) Fənər pravoslav kilsəsinin patriarxını masaüstü titrdə "Ekumenik payraiarx" kimi təqdim edib. Bu Türkiyənin haqlı etirazına səbəb olub və Ukrayna səfirinə Türkiyə XİN- də rəsmi narazılıq bildirilib. Bəs Türkiyəni haqlı  narazı salan nədir?"
Bu fikirlər “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyevin öz Facebook səhifəsində paylaşdığı statusunda yer alır.  A.Quliyev daha sonra yazır: "Məsələ belədir ki, Türkiyə Rum Fənər pravoslav kilsəsi üçün "ekumeniklik statusunu" rəsmən tanımır, ona belə status verilməyib və ona belə statusun aid edilməsi Türkiyə üçün çox əziz olan 1923- cü il  Lozanna sazişinin şərtlərinin pozulması deməkdir. Bir az da konkretləşdirək.
Hələ 1517- ci ildə Osmanlı sultanı Yavuz Misiri tutandan sonra İsgəndəriyyə və Antioxiya( Antakiya) pravoslav kilsələrini ləğv edərək İstanbul kilsəsinə birləşdirdi və İstanbul kilsəsini "Ekumenik kilsə" ( yəni ümumi birləşmiş kilsə) elan etdi. 1923- cü ildə imzalanmış  Lozanna sazişində  isə xüsusi maddə ilə göstərildi ki, Rum Fənər patriarxlığı yalnız və yalnız Türkiyədə yaşayan pravoslav yunanların dini qurumudur, heç bir ekumeniklik daşımır.
Ekumeniklik statusu bütün pravoslav kilsələrinin lideri olmaq deməkdir. Məlumdur ki, bütün katolik kilsələrinin Vatikanın timsalında ekumenik lideri var. Lakin katolik kilsəsindən fərqli olaraq dünyadakı 15 pravoslav kilsəsinin heç biri digərinə tabe deyil, yəni ekumenik yox, sadəcə adtokefal( yəni muxtar)  kilsələrdir. O cümlədən gürcü, rus və digərləri bu statusu daşıyır, eləcə də Rum Fənər kilsəsi belədir. Onun heç bir ekumeniklik statusu yoxdur. 2- ci Dünya müharibəsindən sonra ABŞ Balkan və Şərqi Avropadakı pravoslav xalqları öz təsirinə salmaq üçün Rum Fənər kilsəsini "ekumenik kilsə" statusunda bütün pravoslav kilsələrinin liderinə çevirmək istəyir. Türkiyəni narazı salan həm də 1923- cü il Lozanna sazişinin açlq- aşkar pozulmasıdır."

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources