EN

AÇ-2024: Niderland millisindən tarixi antirekord

AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunda Fransa yığması ilə oyun (0:0) Niderland yığması üçün tarixi antikordla əlamətdar olub.

Arena.az bu barədə “Opta Sport” statistik internet-portalına istinadən məlumat verir.

Belə ki, Avropa çempionatlarında statistiki məlumatların toplanılmasına başlanıldığı AÇ-1980-dən bəri, Niderland yığması “xoruzlar”la oyunda meydanda topa sahibolma faizinə görə qitə birinciliyində tarixən ən pis nəticəsini göstərib. “Narıncılar”ın topa sahibolma faizi 37% təşkil edib.

Niderland yığması Polşa (2:1) və Fransa (0:0) yığmaları ilə oyunlardan sonra 4 xalla “D” qrupuna başçılıq edir.

“Narıncılar” AÇ-2024-ün qrup mərhələsinin sonuncu, 3-cü turunda Polşa yığması ilə qarşılaşacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
arena.az

1Sources