EN

Ukrayna SQ-nin hücumundan sonra Zaporojye vilayətinin iki kəndi işıqsız qalıb

Ukrayna hərbçiləri Zaporojye vilayətinin Vasilyevski bələdiyyə rayonunda yaşayış məntəqələrini elektrik enerjisi ilə təmin edən transformatora hücum ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, vilayətin qubernatoru Yevgeni Balitski Teleqram kanalında hücumun nəticələri barədə yazıb.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin hərəkətləri nəticəsində infrastruktur obyektində neft sızması baş verib. Bu səbəbdən Balki və Orlyanka kəndləri tamamilə işıqsız qalıb.

"Təkrar hücumlar təhlükəsi qalmaqdadır", - deyə qubernator xəbərdarlıq edib.

O, həmçinin qeyd edib ki, hazırda fövqəladə hallar işçiləri dörd icmada elektrik enerjisinin verilişini bərpa etməyə çalışırlar. Söhbət Dneprorudnoye şəhərindən, Skelki kəndindən, Drujba kəndindən və Zlatopol kəndindən gedir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
operativmm.az

1Sources