EN

Avtomobili müsadirə olunan Şahramanyana öz avtomobilini hədiyyə etdi


Xəbər verdiyimiz kimi, iyunun 21-də Ermənistan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Qarabağ separatçılarının sonuncu “lideri” Samvel Şahramanyanın xidməti avtomobilini müsadirə ediblər.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, buna cavab olaraq, Ermənistanda müxalif “Vətən naminə Tavuş” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan Şahramanyana öz avtomobilini hədiyyə edib. 
Məlumata görə, iyunun 21-də axşam saatlarında nümayəndəlikdə olarkən Qalstanyan “Lexus” markalı avtomobilin açarlarını Şahramanyana verib.
“Bu baş verənlər qəbuledilməzdir və qınamağa layiqdir”, - deyə, Qalstanyan bildirib.
Portalın məlumatına görə, bu avtomobil daha əvvəl Qalstanyana postlardakı hərbi qulluqçuları ziyarət etmək üçün hədiyyə edilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
yeniavaz.com

1Sources