EN

II Liqa klubunun prezidenti: “Hər şeyi sıfırdan qurmaq məcburiyyətindəyik"

"Gələn mövsüm üçün əsas məqsədimiz II Liqada mövqeyimizi qorumaq və peşəkarlaşmaq yönündə yeni addımlar atmaqdı". Bu sözləri Sport24.az-a "Sheki City"in prezidenti Elgün Hüseynov deyib.
Klub rəhbəri Şəkidə futbolu daha da populyarlaşdırmaq, azarkeşlərin stadiona axınını təmin etmək üçün çalışacaqlarını da vurğulayıb: "Uzun illər Şəkidə futbol olmayıb. Odur ki, hər şeyi sıfırdan qurmaq məcburiyyətindəyik. Məqsədimiz bölgədə futbolu daha da populyarlaşdırmaq və yerli futbolçular yetişdirməkdi. İstəyirik ki, şəkililər stadionlara gəlsin. Bilet satışı ilə komandanın xərclərini tam qarşılamaq olmasa da, müəyyən qədər əlimizdən tutur. Sevindiri haldı ki, II Liqada ən çox azarkeş toplayan məhz biz olduq. Əslində statistik göstərici bundan da çox ola bilərdi.  Sadəcə, 4 ev oyunumuz yağışlı havaya təsadüf etdiyindən stadiona az adam gəldi. Stadionun dam örtüyü də yoxdu ki, tribunaları yağışdan və qardan qorusun. Düşünürəm ki, gələn mövsüm daha çox azarkeş dəstəyini görəcəyik".
 
Qeyd edək ki, II Liqa klubları arasında ən çox azarkeş  "Sheki City"nin ev oyunlarını izləyib.

Chosen
179
sport24.az

1Sources