EN

Yıldız Tilbe məzarın üstünə çıxıb oxumaq istədi, son anda dayandırdılar - FOTO

Türkiyəli məşhur müğənni Yıldız Tilbe məzarın üzərinə çıxıb mahnı oxumaq istəyib.
 

Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə sənətçi Bodrum Antik Teatrında konsert verən zaman yaşanıb.
İfaçı tarixi türbənin üzərinə çıxaraq mahnı oxumaq istəyən zaman mühafizəçilər mane olub.

Tarixi abidənin qəbir olduğunu anlamayan Tilbe "onu buradan götürsünlər, belə yerdə məzar olar?!" söyləyib.
Müğənninin bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Billurə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
1
olke.az

2Sources