EN

İlon Maskın daha bir övladı ortaya çıxdı

Dünyanın ən zəngin insanlarından biri olan İlon Maskın daha bir övladının olduğu ortaya çıxıb və bununla Maskın məlum övladlarının sayı 12 olub. 

Demokrat.az xəbər verir ki, Bloomberg tərəfindən hazırlanan hesabatda Neuralink-in Xüsusi Layihələr Direktoru Şivon Zilisin Maskın bu ilin əvvəlində dünyaya gələn uşağının anası olduğu bildirilib.

Bu, Maskın Zilisdən olan üçüncü övladı olaraq qeydə alınıb. Əvvəllər Neuralink menecerinin Maskdan əkizləri dünyaya gəlmişdi. Bundan əvvəl SpaceX və X sosial media platformasının sahibi əkiz oğullarının adının dəyişdirilməsi üçün məhkəməyə müraciət etmişdi.

Maskın neçə uşağı olduğu hələ rəsmi olaraq məlum deyil. Bununla belə, milyarderin 11 uşağı olduğu güman edilir; beşi birinci həyat yoldaşı yazıçı Justine Wilsondan, üçü musiqiçi Qraymsdan və üçü Neuralink-in icraçı direktoru Zilisdən.

Əfsanə Rəcəb
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
demokrat.az

1Sources