EN

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycan

Bakı, 22 iyun, AZƏRTAC

“Santuş böyük təcrübəsi olan mütəxəssisdir. Onunla işləməyi səbirsizliklə gözləyirəm”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Fernandu Santuşun yığmaya baş məşqçi təyin olunması barədə danışarkən deyib.

25 yaşlı hücumçu portuqaliyalı mütəxəssisin milli komandaya güclü oyun fəlsəfəsi gətirəcəyinə inandığını bildirib: “Digər işlər isə bizim üzərimizə düşür. Baş məşqçinin tapşırıqlarını meydanda dəqiq yerinə yetirməliyik”.

F.Santuşun qarşısına Avro-2028-ə vəsiqə qazanmaq hədəfinin qoyulması ilə bağlı da danışan forvard qeyd edib ki, artıq böyük turnirlərdə oynamağın vaxtı çatıb: “Biz, nəhayət, ölkəmiz üçün böyük bir iş görmək istəyirik. Bunun üçün çox çalışmaq lazımdır”.

Müqavilə ilə İsveçrənin “Qrasshopper” klubuna məxsus olan R.Dadaşov hələlik gələcək karyerası ilə bağlı qərar vermədiyini söyləyib: “Hazırkı komandamla daha 1 illik sözləşməm var. Nəyin necə olacağını zaman göstərəcək”.

Qeyd edək ki, Renat Dadaşov ötən mövsümü icarə əsasında Türkiyənin “Hatayspor” klubunda keçirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
2
azertag.az

3Sources