EN

Həbsdə olan tanınmış aktyora bu şərtlə azadlıq TƏKLİF EDİLDİ - FOTO

Rusiyalı aktyor Mixail Efremova Ukrayna müharibəsində iştirak müqabilində şərti azadlığa buraxılma imkanı təklif edilib.

 

Sfera.az bildirir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

 

“Rusiya veteranları” hərəkatının nümayəndəsi İldar Rezyapov isə bildirib ki, şərti azadlığa buraxılma qərarı məhkəmə tərəfindən verilir:

 

“Efremov könüllü olmaq arzusunu ifadə edərsə, onların müraciətinə arxalana bilər. Aktyor artıq 7,5 illik cəzasının yarıdan çoxunu çəkib və dəfələrlə əməlindən peşman olduğunu deyib”.

 

Efremovun keçmiş vəkili Elmar Paşayev qeyd edib ki, aktyorun səhhətinə görə cəbhə xəttinə getmək ehtimalı azdır:

 

“Lakin o, sərhəd zonasında iş tapa bilər”.

 

Qeyd edək ki, Mixail Efremov 8 iyun 2020-ci il tarixində Moskvada sərxoş vəziyyətdə avtomobili qarşıdan gələn zolağa çıxararaq sərnişin mikroavtobusu ilə toqquşub. Sonuncunun sürücüsü Sergey Zaxarova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və ertəsi gün ölüb. Paytaxtın Presnenski Məhkəməsi Efremovu 8 il cəza koloniyasında cəzalandırsa da, Moskva Şəhər Məhkəməsi bu müddəti 7,5 ilə endirib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
sfera.az

1Sources