EN

“Dünənki sertifikasiya imtahanında çox az müəllim kəsilib” - Nazir müavini 

"Bu il keçirilən sertifikasiya imtahanlarının test mərhələsinin nəticələri müsbətdir. Dünənin nəticələrinə görə, 8 mindən çox müəllim imtahanda iştirak edib. Çox az faiz müəllim imtahandan kəsilib."

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

Qurum rəsmisi bugünədək sertifikasiya prosesində 40600 müəllimin iştirak etdiyini bildirib:

"Bu proses 2022-ci ildən başlayıb. İmtahanda iştirak edən 40 min 600 müəllimin 88 faizi uğur qazanıb".

Günay Şahmar, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
22
bizim.media

1Sources