EN

AÇ-2024: “Mbappeni başqa oyunçularla müqayisə etmək olmaz”

Fransa millisinin baş məşqçisi Didye Deşam hücumçu Kilian Mbappenin Niderlandla AÇ-2024-ün qrup mərhələsinin ikinci tur matçında iştirak etməməsindən danışıb.



Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, fransalı çalışdırıcı belə görüşlərin heç vaxt asan olmadığını bildirib:



“Mbappeni başqa oyunçularla müqayisə etmək olmaz. Belə görüşlər heç vaxt asan olmur. Oyunun sonunda Kilianı buraxmadım ki, hər şeyi dəyişdirsin. Eyni zamanda, biz yenə də rəqibin qapısı üçün təhlükə yaratdıq”.



25 yaşlı forvard burnu sındığı üçün görüşü buraxıb.



Fransa – Niderland matçı 0:0 hesablı bərabərliklə başa çatıb. Deşamın komandası qrupun son matçında Polşa millisi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərDidye Deşam fransa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
60
komanda.az

1Sources