EN

Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev şəhid ailəsini qəbul edib - FOTOLAR

NUHÇIXAN xəbər verir ki, iyunun 22-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Vətən müharibəsi şəhidi Vəlizadə İbrahim Səməd oğlunun ailəsini qəbul edib. Qəbul zamanı şəhid atası Səməd Vəlizadə və şəhid anası Xurşud Vəlizadənin müraciətləri dinlənilib, qayğıları ilə maraqlanılıb. Şura sədrinin tapşırığı ilə şəhid İbrahim Vəlizadənin ailəsinə müvafiq məbləğdə maddi yardım dəstəyi göstərilib. Həmçinin şəhid ailəsinə müalicə və istirahət üçün sanotoriya yollayışı verilib. Qəbulda olan şəhid valideynləri Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası tərəfindən onlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.











Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
nuhcixan.az

1Sources