EN

AMB-nin “Caucasus Ventures”in bank hesablarına blok qoyması ilə bağlı iddialara aydınlıq gətirilib

“Caucasus Ventures” vençur fondu Azərbaycan Mərkəzi Bankı tərəfindən fondun bank hesablarına blok qoyulması ilə bağlı sosial şəbəkədə yayılan iddialara aydınlıq gətirib.

FED.az xəbər verir ki,  “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərim deyib ki, hazırda fond tərəfindən investisiyalar planlaşdırıldığı kimi davam edir.

“Fəaliyyət çərçivəsində iki startapa investisiya edilən zaman təqdim olunan sənədlərlə bağlı texniki məsələlər yarandı. Bildiyimiz kimi, "SAFE" , "Convertible Note" və "Equity" kimi müxtəlif növ maliyyələşdirmə mexanizmləri mövcuddur. Bu iki startapa edilən yatırım zamanı istifadə olunan “SAFE” sənədi ilə bağlı Mərkəzi Bankın rəyinə əsasən bəzi texniki dəyişikliklərə ehtiyac yaranıb və bu səbəbdən müəyyən ləngimələr yaşanıb. “SAFE” sənədi digər sənədlə əvəz edilib və investisiyalar planlaşdırıldığı kimi davam edir. Bu hal bizim investisiya imkanlarımıza mane olmur. Qeyd etmək vacibdir ki, cəmi iki həftə əvvəl biz azərbaycanlı təsisçiyə məxsus İngiltərədə yerləşən startapa uğurla yatırım etmişik"..

O qeyd edib ki, beynəlxalq investisiya təcrübələrində "SAFE" sənədi uğurlu və ən çox istifadə olunan alətlərdəndir: "Bu səbəbdən sənədin aktiv istifadə imkanının ölkəmizdə də təmin edilməsinə çalışırıq. "SAFE" sənədinin standart maliyyələşdirmə forması kimi qəbul edilməsi üçün Mərkəzi Bankla fəal işləyirik”.

Xatırladaq ki, ilk “Caucasus Ventures” vençur fondu 2022-ci ildə yaradılıb. Fondun nizamnamə kapitalı 11,3 milyon manat təşkil edir. “Paşa Holdinq” Şirkətlər Qrupu fonda 5 milyon manat və fərdi sahibkarlar 1,3 milyon manat vəsait ayırmaq haqqında razılığa gəliblər. Eyni zamanda İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi özəl tərəfdaşların təşəbbüsünə dəstək göstərərək “Caucasus Ventures”ə əlavə 5 milyon manat vəsait ayırıb. (Report)

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
1
fed.az

2Sources