Bu gün AVRO-2024-ün F qrupunda II tura start veriləcək.
Apasport.az xəbər verir ki, Almaniyadakı çempionatın 9-cü günü Hamburqda start götürəcək.
İlk turda məğlubiyyət acısı yaşayan həm Çexiya, həm də Gürcüstan qitə çempionatında ilk xallarını qazanmaq üçün mübarizə aparacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qeyd edək ki, qrupda II tura bu gün keçiriləcək Türkiyə - Portuqaliya matçı ilə yekun vurulacaq.
AVRO-2024
Qrup mərhələsi, II tur
22 iyun, F qrupu
17:00. Gürcüstan – Çexiya
Baş hakim: Daniel Zibert (Almaniya)
Hamburq, "Folksparkştadion".