EN

Avro-2024: Niderland – Fransa matçı heç-heçə etdi – VİDEO

Premyer Liqa klublarının bəzilərinin sponsorla bağlı problem yaşadığı bir dönəmdə aşağı liqada mübarizə aparan “Şəfa” klubunda bu yöndə hər hansı çətinlik görünmür.

İdmanxeber.az-a daxil olan məlumata görə, bir neçə ay öncə paytaxt təmsilçisinə sahiblik edən, klubun təxminən 100 min manata yaxın borcunu bağlayan “MY Group” MMC-nin iddiası daha böyük olub. Şirkət klubun səhmlərinə sahib olduqdan qısa müddət sonra AFFA-ya müraciət ünvanlayıb. Ölkə futbolunda yeni sima olan sponsor qurumdan klubun Premyer Liqada oynamasına şəraitin yaradılması xahiş olunub. Hətta klubun yeni rəhbərliyi “Şəfa”nın Premyer Liqada dövlət tərəfindən ayrılan 3 milyon dotasiya ilə deyil, əlavə olaraq şirkətin ayıracağı 3 milyon manatla (toplam 6 milyon manat) mübarizə aparacağı bildirilib. Şirkət bununla bağlı lazım olan bank təminatını da verməyə hazır olub.

Lakin AFFA əsasnaməni poza bilməyəcəklərini bildirərək, qarşı tərəfə “yox” cavabı verib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
idmanxeber.az

1Sources