![Amerika](https://azertag.az/files/2024/2/1200x630/1719037892267075592_1200x630.jpg)
Bakı, 22 iyun, AZƏRTAC
Futbol üzrə Amerika Kubokunda (Copa Amerika) növbəti oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, A qrupunun ikinci matçında Peru və Çili yığmaları üz-üzə gəlib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.
Qrupun ilk görüşündə turnirin son çempionu Argentina Kanada seçməsinə 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, ABŞ-ın 14 şəhərinin ev sahibliyi etdiyi Amerika Kubokuna iyulun 14-də yekun vurulacaq.