EN

Avro-2024-ü tərk edəcək ilk komanda məlum oldu

Almaniyada keçirilən Avropa çempionatında mübarizəni dayandıran ilk komanda məlum olub.

Sportal.az xəbər verir ki, Polşa yığmasının qrup mərhələsinin bitməsinə bir tur qalmış turniri tərk edəcəyi dəqiqləşib.

Polyaklar ikinci turda Avstriyaya 1:3 hesabı ilə məğlub olub. Mixal Probierzin rəhbərlik etdiyi kollektiv son turda Fransaya qalib gəlsə belə, Avro-2024-lə vidalaşacaq.

Chosen
91
sportal.az

1Sources