EN

Mərkəzi Gömrük Hospitalının həkiminin həmmüəllif olduğu məqalə Avropanın nüfuzlu jurnalında dərc olunub 

Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayevanın həmmüəllif olduğu araşdırma Avropanın nüfuzlu nəşri olan “European Journal of Gastroenterology & Hepatology” jurnalında dərc edilib.
 
Bu məlumat Aztibb.az-a Hospitaldan verilib.
 
“Qaraciyər zədələnməsini və serum hepatit B virusunun DNT səviyyəsini proqnozlaşdıran qeyri-invaziv biomarker kimi hepatit B səthi antigeninin kəmiyyətinin müəyyən edilməsinin icrası” mövzusunda olan məqalənin müəllifləri Mərkəzi Gömrük Hospitalının infeksionisti Mədinə Abdullayeva, Türkiyənin İzmirdə yerləşən Dokuz Eylul Universitetinin Tibb Fakültəsinin Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya Bölməsinin həkimləri Muammer Çelik və Kuruüzüm Ziyadır.
 
Qeyd edək ki, European Journal of Gastroenterology & Hepatology nəşri qastroenterologiya və hepatologiya sahələrini əhatə edən resenziyalı tibbi jurnaldır. Jurnal 1989-cu ildə təsis edilmiş və Lippincott Williams & Wilkins tərəfindən nəşr edilir.
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
aztibb.az

1Sources