EN

"Müxalifət Venesuelada dövlət çevrilişi hazırlayır" - Maduro

Venesuela parlamentində ifrat sağçı müxalifətdən olan namizədlər yeni dövlət çevrilişinə hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro “YouTube” kanalında məlumat verib. 

Monaqas ştatında tərəfdarları ilə söhbəti zamanı Maduro bildirib ki, ölkə hakimiyyəti və müxalifət sülh naminə tarixi razılaşma əldə edə bilib və bu razılaşmanı demək olar ki, bütün müxalifət liderləri imzalayıb.

“Oliqarxiyanın iki kuklası imza atmadı. Sizcə, niyə onlar seçki komissiyasının qərarlarına və nəticələrə hörmətlə yanaşmağa dair müqavilə imzalamadılar? Çünki onlar saxtakarlıq iddiasında olmaq niyyətindədirlər. Çünki onlar zorakılıq və dövlət çevrilişi törətmək niyyətindədirlər”, - Maduro bildirib.

Venesuela liderinin sözlərinə görə, Venesuelanın sağçı müxalifət namizədləri Edmundo Qonzales və Enrike Markes qarşıdan gələn seçkilərdə ortaq namizəd onlara uyğun gəlməyəcəyi təqdirdə iğtişaşlar təşkil etməyə hazırlaşır.

Gülayə Mecid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
unikal.az

1Sources